Sergey Zenyov yubiley üçün Estoniyaya gedir
06.11.2015 - 10:06
“Qəbələ”nin futbolçusu Sergey Zenyov Estoniya millisinə çağırılıb. Apasport.az saytının məlumatına görə, 26 yaşlı hücumçu bu ay keçiriləcək yoxlama oyunlarında iştirak edəcək heyətə daxil edilib.
Zenyovun komandası noyabrın 11-də Gürcüstan, 6 gün sonra Sent-Kitts və Nevis yığması ilə üz-üzə gələcək. Sergey bu qarşılaşmalarda yubiley qeyd edə bilər.
Belə ki, millidə 48 matç keçirən hücumçu hər iki görüşdə meydana çıxsa “100”ü yarılayacaq. Hesabında 9 qol olan Zenyov 1 dəfə fərqlənsə, yubiley topuna imza atacaq.
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
- Yığmamızın oyunu norveçlilərə həvalə olunub
0
0