Şərhçi “quş”ları
13.06.2014 - 11:56
Şərhçi “quş”ları

Dünya çempionatının startı ilə bağlı şərhçilərin kuryoz ifadələri xatırlanıb. Apasport.az xəbər verir ki, adme.ru portalı onları bir yerə toplayaraq, azarkeşlərin ixtiyarına verib.

 

Belə ki, matçın gedişində emosiyalara qapılaraq, idman şərhçiləri bəzən özünü itirərək, qışqırmağa və “quşlara” yol verirlər. Bu səhvlər də uzun müddət sosial şəbəkələrdə yayılır və idmansevərlərdə yüksək əhval-ruhiyyə yaradır. Bəzi ifadələr artıq aforizmə, əhvalatların özləri isə lətifələrə çevrilib. Məsələn, Nikolay Ozerovla bağlı epizodu bilən tək futbol fanatları deyil. Şərhçiyə elə gəldi ki, top qapıya gedir və o “Qooool” qışqırdı. Lakin qol olmadı və Ozerov qışqırdı: “S.......! Qapı dirəyi!”

 

Rusiyalı həmkarlarımız ən məşhur və sevimli şərhçilərinin, vaxtı ilə buraxdığı “quşları” toplayaraq təqdim etsələr də, etik cəhətdən adlarını açıqlamayıblar.

 

6:0! Bu artıq ən böyük ağrıdan da ağırdı.

 

 Xuli Lopes qapıya zərbə endirir! Xuli – onun adıdır.

 

 Varlamov köynəyində 3, şortunda 9 nömrədir... Bunun nə ilə əlaqədar olduğunu izah edə bilmərəm. Lakin çətin ki, ölçüsü ilə bağlıdır.

 

Bu – Kumandır, yəqin ki, onun tüklü ayaqlarını tanıdız.

 

Roberto Karlos cərimə zərbələrini yerinə yetirən zaman övladı olmayan futbolçuların canlı səddə durmağı məsləhət deyil.

 

 Ötürmə yaxşı idi, lakin meydandan kənara.

 

Bilirsiz, buna görə tablonu döymək lazımdır. Bağışlayın, üzə vurmaq lazımdır.

 

Əminəm ki, bütün kişilər televiziya ekranının qarşısında yaxşı həyatı ilə bağlı deyil, azarkeş həzzinə görə axışıb.

 

 Şayba qapıçının qoltuğunun altından hamam otağındakı sabun kimi keçdi.

 

 Bu cür güclü rəqibə qol vurduğuna görə Bacco özünü qapı tirindən asdı.

 

 Almanları 1,5 km qabaqlayırıq. Bu hətta bir tramvay dayanacağından da çox məsafədir. Dəniz vağzalından Allah bilir hara kimi (biatlon)

 

Top qapıçının ayaqları arasındakı son həddi də keçərək, qapıya girir.

 

Davıdenko rəqibin topu oyuna daxil etməsini uddu. O, rezini tez həll etmək qərarına gəldi.

 

Hakim cibindən qovulmanı çıxardı.

 

Oyunçular canlı cəddə məlum yerindən yapışıb, dururlar.

 

Müdafiə xətti əhəng kimi tökülür.

 

 İkinci hissədə onların ümid yeri yalnız gözləri idi.

 

 Rusiya yığması duru uğursuzluq zolağına düşüb.

 

 Mən artıq başıma, monitora, kitablara zərbə endirirəm. Aman Allah, burada taxtadan olan daha nə var!

 

Yan xətt hakimi gözəl pozalar alır. Ola bilsin ki, əvvəllər baletlə məşğul olub.

 

 Ümid edirik ki, Nedvedlə hər şey yaxşı olacaq. Baxmayaraq ki, onu ayaqları qabağa daşıyırlar.

 

 Bu gün “Dinamo”çular ənənəvi mavi şortsuz çıxış edirlər.

 

 “Saturn”un oyunçuları komandasının qapısını elə bil “skoç”la yapışdırıblar.

 

Ay-yay-yay-yay-yay! Mənimlə razısız?

 

Əşi, ötürməni hara verirsən? Mən axı sənə qışqırıb deyirəm ki, o, oyundankənar vəziyyətdədir.

 

Fiqurlu konkisürmə də incəsənətdir. Hətta futbol da deyil.

 

Müdafiə xətti hər iki ayağından axsayır. Praktiki olaraq, ayağa dura bilmir.

 

O rəqibi tumanından, köynəyindən, yanından tutur... nədən tutmaq olarsa, hamısından. Qapıçının əlləri və Fabritsionun keçəli topa doğru, eyni zamanda, sıçradı.

 

Sami Nəsri qapıya yaxınlaşıb və onun zərbəsi çərçivədən yan keçir. Bu zaman şərhçilər bir-birinə deyirlər: - Təhlükəli vəziyyət, Nəsri qapıya yaxınlaşır. – O elə belə də etdi. – Hə... – Hm, bağışlayın.

 

Futbol oynamaqdansa, gedib butulkaları təhvil versəydilər, daha yaxşı olardı!

0