“Çelsi”nin ispaniyalı futbolçusu Sesk Fabreqas İngiltərə mətbuatına iddialı açıqlama verib. Apasport.az saytının məlumatına görə, o, London klubunun heyətində Çempionlar Liqasının qalibi olmaq istədiyini deyib.
Fabreqas bunun öhdəsindən gələcəklərinə inandığını bildirib: “Çempionlar Liqası hələ də qalibi ola bilmədiyim turnirdi. Əgər “Çelsi”də bunu bacarsam, çox sevinərəm. Əla komandamız var. İnanıram ki, biz bu heyətlə və potensialla ÇL-in qalibi ola bilərik. Bir dəfə finalda, 4 dəfə isə yarımfinalda oynamışam. Hər dəfə kuboku götürməyə yaxın olsam da, alınmayıb. Nə vaxtsa ÇL-in qalibi olmalıyam. İstəyirəm ki, arzumu bu il həyata keçirim”.
Qeyd edək ki, Fabreqas karyerası ərzində “Arsenal” və “Barselona” klublarının da formasını geyinib.