Şevçenko yenə ata olacaq
18.03.2014 - 21:52
Şevçenko yenə ata olacaq

 

Ukrayna millisinin, Kiyev “Dinamo”sunun və “Milan”ın keçmiş hücumçusu Andrey Şevçenko çoxuşaqlı Devid Bekhemə “cavab” hazırlayır. Apasport.az saytının məlumatına görə, Şevçenkonun ailəsində körpə doğulacağı gözlənilir.

 

Jurnalistlərin məlumatına görə, Şevçenko ən yaxın günlərdə yenidən ata olacaq. Hazırda futbolçu və onun həyat yoldaşı Kristen Pazik 3 övlad böyüdürlər. Onların hamısı oğlandır: 9 yaşlı Corc, 7 yaşlı Kristian və 2012-ci ildə doğulan Aleksandr.