Silva: Neymar Messinin səviyyəsinə çatacaq
28.06.2014 - 05:37
Braziliya yığmasının müdafiəçisi Tiaqo Silva Neymarı argentinalı Lionel Messi ilə müqayisə edib. Apasport.az saytının məlumatına görə, futbolçu Neymarın heç də pis olmadığını bildirib: “Messi dünyanın ən yaxşı hücumçularından biridir, dünyanın ən yaxşı oyunçusudur. Amma Neymar da irəliləyir və inkişaf edir. O, tezliklə Messinin səviyyəsinə çatacaq. Bunun üçün onun bütün imkanları var”.
Qeyd edək ki, “Barselona”da bir yerdə oynayan Neymar və Messi dünya çempionatında hərəyə 4 qol vurublar.
0
0