Silvio Berluskoni Filippo İndzaqini göndərmədi
18.02.2015 - 00:01
Silvio Berluskoni Filippo İndzaqini göndərmədi

“Milan"ın sahibi Silvio Berluskoni və klubunun vitse-prezidenti Adriano Qalliani komandanın gələcəyi ilə bağlı qərar verib. Apasport.az saytının məlumatına görə, klub rəhbəri “rossonyerlər”in baş məşqçisi Filippo İndzaqinin komandanın “sukanı arxası”nda qalmasını bildirib.

 

Bununla da mətbuatda gəzən söz-söhbətlərə son qoyulub.

 

Qeyd edək ki, daha əvvəl İtaliya A seriyasının XXIV  turu çərçivəsində evdə “Çezena” ilə görüşdən sonra İndzaqinin göndəriləcəyi gündəmə gəlmişdi. Hazırda aktivində 30 xalı olan “Milan” turnir cədvəlində 11-ci pillədə qərarlaşır.