Şimal derbisinə “Qəbələ” itki ilə çıxacaq
26.04.2014 - 12:21
“Qəbələ” sabah Topaz Premyer Liqasının növbəti turunun matçında İbrahima Niassın xidmətindən yararlana bilməyəcək. Apasport.az saytının məlumatına görə, seneqallı futbolçu “Rəvan”la ötən turun matçında 4-cü sarı vərəqəsini aldığından, cəzalı duruma düşüb.
Qeyd edək ki, “Qəbələ” – “Simurq” oyunu şimal derbisi adlandırılır. Tərəflərin cari mövsümdə sonuncu görüşü sabah saat 16:00-da başlayacaq.
0
0