Simeone: “Çelsi” ilə oxşarlığımız çoxdur
22.04.2014 - 02:36
Simeone: “Çelsi” ilə oxşarlığımız çoxdur

 

“Atletiko Madrid” futbol klubunun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının “Çelsi” ilə yarımfinal matçı öncəsi açıqlama ilə çıxış edib. Apasport.az saytının məlumatına görə, argentinalı mütəxəssis müdafiə xəttinin qurulması və mentallıq baxımından London klubu ilə oxşar olduqlarını bildirib.

 

Xatırladaq ki, bu komandalar arasında ilk yarımfinal görüşü aprelin 22-də, təkrar görüş isə aprelin 30-da olacaq.

 

Simeone hər iki komandanın yaxşı müdafiə xətti qurduğunu və sürətli hücum oyunu oynadıqlarını qeyd edib: “Onlar da, biz də standart vəziyyətlərdə güclüyük. Bu keyfiyyətlər hər iki komandaya ölkə çempionatında qızıl uğrunda mübarizə aparmağa kömək edir. Biz özümüzə güvənirik, amma rəqibə də hörmət edirik. Biz bu oyundan savayı heç bir şey barədə düşünmürük. Biz zəif və güclü tərəflərimizi bilirik. Və biz birinci cəhətimizi gizlətməyə, ikinci cəhətimizdən isə faydalanmağa çalışacağıq. İndi oyuna hazırlıq vacibdir. Mən oyunçularla söhbət edəcəyəm və onlara öz hisslərini necə biruzə verməyin lazım olduğunu deyəcəyəm. Bu, yarımfinaldır və oyun çox çətin olacaq. Belə oyunda hər şeyi nüanslar həll edir. Ancaq yüksək səviyyəli komanda oyunu futbolçulara oyunun taleyini həll edə biləcək individual keyfiyyətlərini göstərməyə imkan yaradacaq. Bu keyfiyyətlər kimdə güclü olsa, ilk oyunda da qələbəyə o komanda qələbəyə yaxın olacaq”.

 

Argentinalının sözlərinə görə, “Çelsi”yə məxsus olan və icarə əsasında “Atletiko”da çıxış edən qapıçı Tibo Kurtuanın əhvalı bütün komandada olduğu kimidir: “Hamı qələbəyə köklənib. Onlar bilirlər ki, bu oyun həm onlar, həm də bütün klub üçün nə dərəcədə vacibdir. Bu mərhələdə sözlər vacib deyil – onlar ancaq qəzet başlıqları üçündür”.