Simeone Kostanın satılmamasını xahiş etdi
07.05.2014 - 05:25
“Atletiko Madrid” klubunun baş məşqçisi Dieqo Simeone komandanın rəhbərliyi ilə görüşüb. Apasport.az saytının məlumatına görə, baş məşqçi hücumçunun satılmamasını xahiş edib.
Qeyd edək ki, bundan əvvəl “Çelsi”nin Kostanın əvəzində 50 milyon funt ödəməyə hazır olduğu bildirilirdi. Futbolçunun həftəlik məvacibi isə 185 min olmalıdır. Amma Simeone Kostanı ən azı 2015-ci ilin yayına qədər komandada saxlamaq niyyətindədir. Argentinalı baş məşqçi “Atletiko”nun qurulması prosesini davam etdirmək istəyir.
Kosta bu mövsüm komandanın heyətində keçirdiyi 50 oyunda 36 qol vurub.
0
0