Simeonedən Arda açıqlaması
05.08.2014 - 01:35
Simeonedən Arda açıqlaması

 

“Atletiko Madrid” klubunun baş məşqçisi Dieqo Simeone uzun müddət susandan sonra Arda Turan barəsində danışıb. Apasport.az saytının məlumatına görə, argentinalı mütəxəssis Ardanın komandanı tərk etməsi perspektivinə toxunub.

 

Xatırladaq ki, Ardu Turanla “Mançester Yunayted”in yaxından maraqlandığı iddia edilir. Simeone isə Ardanın getməyəcəyinə işarə edib: “Arda heç bir yerə getməyəcək. Buna əminəm”. İdman şərhçiləri bu bəyanata istinad edərək, Ardanın ən azı daha 1 il “Atletiko”da qalacağını düşünürlər.