Skolari: jurnalistlər cəhənnəm ola bilərlər
04.07.2014 - 06:49
Braziliya yığmasının baş məşqçisi Luis Felipe Skolari braziliyalı jurnalistlərin tənqidinə cavab verib. Apasport.az saytının məlumatına görə, Skolari onları cəhənnəmə “göndərib”.
Jurnalistlər Braziliyanın Çili ilə 1/8 final matçında qələbəni penaltilər seriyasında əldə etməsini tənqid ediblər. Skolari isə bundan qəzəblənib: “Mənim işim xoşunuza gəlmirsə, cəhənnəm ola bilərsiniz. Mən bildiyimi edirəm. Siz də öz işinizlə məşğul olun və bizə maneçilik törətməyin”.
0
0