Skolari: Mənim taleyimi federasiya və onun prezidenti həll edəcək
13.07.2014 - 09:49
Skolari: Mənim taleyimi federasiya və onun prezidenti həll edəcək

 

Braziliya yığmasının baş məşqçisi Luis Felipe Skolari gələcək karyerası barəsində danışıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi ağır məğlubiyyətə baxmayaraq postundan istefa verməyə hazırlaşmır.

 

Skolari Hollandiya millisinə məğlubiyyətdən sonra taleyinin Braziliya Futbol Federasiyası və onun yeni prezidenti tərəfindən həll ediləcəyini bildirib: “Qərarı onlar qəbul edəcəklər. Xatırlatmaq istəyirəm ki, baş məşqçi kimi iştirak etdiyim 3 dünya çempionatında komandan turniri ən yaxşı 4 komanda arasında başa vurub. Mən burada oturaraq qalan həyatım boyu ağlaya bilmərəm. Bu uşaqlar ötən il Konfederasiya Kubokunda qalib gəliblər və gələcək uğurların əsasını qoyublar”.