Skolari mərhəmət dilədi
01.08.2014 - 05:46
Skolari mərhəmət dilədi

 

Dünya çempionatından sonra Braziliya yığmasından qovulan Luis Felipe Skolari maraqlı açıqlama ilə çıxış edib. Apasport.az saytının məlumatına görə, beşqat dünya çempionlarının keçmiş baş məşqçisi mərhəmət diləyib.

 

Mundialdan dərhal sonra millidən qovulan Skolari “Qremio” klubu ilə sevgi və mərhəmətə ehtiyacı olduğu üçün müqavilə bağladığını bildirib. 65 yaşlı mütəxəssis Almaniyaya 7:1 hesablı məğlubiyyətin üzüntüsündən qurtula bilmədiyini etiraf edib. O, “Qremio” klubunun azarkeşlərindən onu ağuşlarına almağı və tək buraxmamağı xahiş edib.

 

Skolarinin belə səmimi açıqlaması futbol dünyasını riqqətə gətirib. Agentliklər bir-birinin ardınca baş məşqçini bu vəziyyətdən ancaq sevgi və mərhəmətin xilas edə biləcəyini yazıblar.