Skolari Portuqaliyanı dəstəklədi
17.06.2014 - 06:37
Skolari Portuqaliyanı dəstəklədi

 

Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari ilk oyununda Almaniyaya 4:0 hesabı ilə məğlub olan Portuqaliyanı dəstəkləyib. Apasport.az saytının məlumatına görə, braziliyalı mütəxəssis 2003-2008-ci illərdə Portuqaliya millisinə başçılıq etdiyini xatırladıb: “Portuqaliyaya və mənim portuqaliyalı dostlarıma xatırlatmaq istəyirəm ki, Avro-2004 zamanı da qrupda start matçında uduzmuşduq. Sonra isə bütün oyunları udaraq növbəti mərhələyə çıxdıq. Portuqaliya bu məğlubiyyəti yaddan çıxarmalı, sonrakı oyunu və qrupun son oyununu udmalıdır. Portuqaliyanın bunun üçün bütün şansları var”.

 

Qeyd edək ki, Portuqaliya millisi Skolarinin başçılığı altında Avro-2004-ün finalına kimi irəliləyib.