Braziliya yığmasının baş məşqçisi Luis Felipe Skolari dünya çempionatı zamanı komandasının şansları barədə danışıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi onları mundialda qələbə yolunda dayandıracaq qüvvə görmədiyini bəyan edib.
Skolari artıq dünya çempionatına gedəcək 23 futbolçunun adını müəyyən etdiyini bildirib: “Daha 2 namizədlə bağlı düşünürəm. Onlardan biri gəncdir, digərinin isə böyük beynəlxalq təcrübəsi var. Komandada əvəzedilməz oyunçular yoxdur. Dünya kuboku isə bizim olacaq. Bizim çempion olmaq üçün bütün şanslarımız var. Biz öz evimizdə ağzına kimi dolan tribunalar önündə oynayacağıq. Bu, əlavə stimuldur. İkinci yer? Bunu heç kim qəbul etməyəcək. Mən niyə ikincilik barədə düşünməliyəm?”