Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının pley-off mərhələsində keçirəcəyi cavab oyununun vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, 2016-cı ildə keçiriləcək final mərhələsinə vəsiqə uğrunda Slovakiya ilə mübarizə aparacaq Faustino Peresin yetirmələrinin sentyabrın 22-də keçirəcəyi səfər oyunu saat Bakı vaxtı ilə 22:00-da başlayacaq.
Trnavada keçiriləcək həlledici matç Şəhər İdman Zalında baş tutacaq.
Qeyd edək ki, rəqiblər ilk matça Bakıda çıxacaq. Sentyabrın 15-də baş tutacaq qarşılaşma Bakı İdman Sarayında keçiriləcək. Pley-offun ilk görüşü saat 21:00-da başlayacaq.
Qeyd edək ki, AVRO-2016-nın final mərhələsi gələn il fevralın 2-13-də Serbiyada keçiriləcək.