Sneyder daha 5 il “Qalatasaray”da?
23.07.2014 - 06:13
Sneyder daha 5 il “Qalatasaray”da?

 

“Qalatasaray”ın hollandiyalı ulduzu Uesli Sneyder daha 3 illik müqaviləyə imza ata bilər. Apasport.az saytının məlumatına görə, bunu klubun prezidenti Ünal Aysal bildirib.

 

Aysal dünya çempionatı zamanı gözəl oyunu ilə diqqəti cəlb edən Sneyderin “Mançester Yunayted”, “Monako” və ya hansısa digər klublar razılaşma əldə etdiyi barədə xəbərlərin doğru olmadığını vurğulayıb: “Müqavilədə 20 milyon avro müqabilində komandadan gedə biləcəyini, amma buraxmaq istəmədiyimizi söyləmişdik. Bu maddəni aktiv hala gətirəcək durum da yoxdur. Onun başqa klublarla razılaşdığı barədə yayılan xəbərləri anlamaq mümkün deyil. Hamısı yalandır. Sneyderin menecerləri onunla daha 3 illik müqavilə imzalanmasını təklif ediblər. Mən də bu təklifə razılaşmışam”.

 

Xatırladaq ki, 2012-2013-cü illər mövsümünün qış transferi zamanı 7,5 milyon avroya transfer edilən Sneyderin “Qalatasaray”la 3,5 illik müqaviləsi 2016-cı ilin yayında bitir. Tərəflər daha 3 illik müqavilə imzalasalar, ulduz futbolçu 2019-cu ilə qədər İstanbulda qalacaq.