Sneyder kosmonavt ola bilər
29.06.2014 - 18:46
Sneyder kosmonavt ola bilər

 

“Qalatasaray”ın futbolçusu Uesli Sneyder kosmosa uça bilər. Apasport.az saytının məlumatına görə, bunun üçün Hollandiya millisinin dünya çempionatında qalib gəlməsi tələb olunur.

 

“Space Expedition” kosmosa səyahət şirkətinin sahibi Mişel Mol Hollandiya millisinin dünya çempionu olduğu təqdirdə Uesli Sneyderi pulsuz kosmosa səyahətə göndərəcəyini bildirib. Eyni zamanda “Formula-1” yarışında iştirak edən “Force Lindia” komandasının sahibi olan Mol ötən il Sneyderlə görüşünü xatırlayıb: “Mənə kosmosa getməyin nə qədər maraqlı olduğunu və bir gün səyahət etmək istədiyini bildirmişdi. Gələn ildən başlayaraq kosmosa səyahətə başlayırıq. Sneyder dünya çempionatında qalib gəlsə, mənim hesabıma kosmosa uça bilər. Hətta özü ilə komandadakı dostlarını da götürə bilər”.