Hollandiya yığmasının yarımmüdafiəçisi Uesli Sneyder millinin heyətində 100-cü oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, “Qalatasaray”ın oyunçusu İspaniyaya qarşı oyunda ilk dəqiqələrdən meydanda olub.
Sneyder millinin heyətində 2003-cü il aprelin 30-da Portuqaliyaya qarşı oyunda debüt edib. Hollandiya yığmasında ancaq 5 oyunçu millinin heyətində 100-dən çox oyun keçirib: Edvin van der Sar (130), Frank de Bur (112), Rafael van der Vart (109), Covanni van Bronkhorst (106) və Filipp Koku (101). Sneyder dünya çempionatında 100-dən çox oyun keçirən 6-cı futbolçu ola bilər.