Sneyder və Kuyt milliyə çağırılmadılar
05.05.2014 - 23:27
Hollandiya millisinin baş məşqçisi Lui Van Qall 7-17 may tarixləri arasında hazırlıq matçlarına Türkiyədə oynayan Sneyder və Kuyti çağırmayıb. Apasport.az saytının məlumatına görə, heyətə ancaq Hollandiya liqasında oynayan futbolçuları dəvət edilib.
Van Qall hazırlıq oyunlarına 20 futbolçunu dəvət edib. Sneder və Kuytdan əlavə, Aryen Roben və Robin van Persi də heyətə çağırılmayıb. Van Qall heyəti iyunun 3-nə kimi formalaşdırmağı düşünür.
0
0