Sneyder zədələndi
02.07.2014 - 22:45
Sneyder zədələndi

 

“Qalatasaray”ın oyunçusu Uesli Sneyder zədələnib. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi zədə səbəbindən Hollandiya millisinin son məşqini belə buraxıb.

 

Komandadan ayrı məşq edən Sneyderə fizioterapevtlərin köməyi tələb olunub. Meksika ilə oyunun qəhrəmanı olan Sneyderin bu durumu baş məşqçi Lui van Qalı ciddi narahat edib. Baş məşqçi həkimlərə futbolçunu Kosta-Rika ilə oyuna qədər sağaltmaqla bağlı göstəriş verib.