Son 14 ildə 13-cü çempionluq
05.05.2014 - 13:52
Çempionlar Liqasının II təsnifat mərhələsində çıxış edəcək daha bir komanda bəlli olub. Apasport.az saytının məlumatına görə, Moldova çempionatının XXX turu yarışın qalibinin müəyyənləşməsi ilə nəticələnib.
Tiraspol “Şerif”i “Kostuleni”ni 2:0 hesabı ilə yenməklə, finişə 3 tur qalmış 1-ci yeri təmin edib. Ən yaxın izləyicisi “Tiraspol”la xal fərqini 12-yə çatdıran “Şerif” ardıcıl 3-cü dəfə qızıl medallara yiyələnib. Bu uğur komandanın son 14 ildə 13-cü çempionluğudur.
Qeyd edək ki, “Şerif” Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq.
0
0