Son turdakı qələbə “Roma”ya baha başa gəldi
27.09.2015 - 16:28
Son turdakı qələbə “Roma”ya baha başa gəldi

İtaliya A seriyasının 6-cı turu çərçivəsində “Karpi” ilə qarşılaşan “Roma” 5:1 hesablı qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, bu qələbə paytaxt klubuna baha başa gəlib.

 

Belə ki, “canavarlar”ın birdən-birə eyni vaxtda 3 oyunçusu zədələnib.

 

Hücumçu Edin Dzeko 3-4 həftəlik sıradan çıxıb.

 

Yarımmüdafiəçi Seydu Keyta də həmin oyunu zədə ilə başa vurub. Ayağından zədələnən “xavbek” ən az iki həftə oynamayacaq.

 

Paytaxt klubunun zədəliləri bununla da bitmir. Komandanın əfsanəvi kapitanı Françesko Totti də iki il bundan qabaq sağ ayaq əzələsindən aldığı zədəni yeniləyib.

 

Tottinin bir ay oynamayacağı gözlənilir.