Stiven Cerrard yubiley matçına çıxdı
05.02.2015 - 00:01
Stiven Cerrard yubiley matçına çıxdı

“Liverpul”un yarımmüdafiəçisi Stiven Cerrard üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, hazırda İngiltərə kubokunun 1/16 finalında “Bolton”la (0:0) qarşılaşan “qırmızılar”ın kapitanı yubiley matçını keçirir.

 

Meydana start heyətdə çıxan 34 yaşlı futbolçu 700-cü dəfə “Liverpul”un formasını geyinib. O, yalnız İan Kallaqan (857 matç) və Ceymi Karraqerdən (737) geri qalır.

 

Qeyd edək ki, mövsümün sonunda “Los-Anceles Qalaksi”yə keçəcək Cerrard Liverpul təmsilçisinin heyətində İngiltərə Premyer Liqasında 29 noyabr 1998-ci ildə debüt edib. “Blekbern”lə baş tutan görüş 2:0 hesabı ilə “qırmızılar”ın qələbəsi ilə başa çatıb.