Stiven Cerrarda növbəti vəzifə verildi
20.02.2015 - 00:02
Stiven Cerrarda növbəti vəzifə verildi

“Liverpul”un kapitanı Stiven Cerrarda Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində doğma azarkeşləri önündə “Beşiktaş”la oyunöncəsi növbəti vəzifə verilib. Apasport.az saytının məlumatına görə, ingilis futbolçu ITV telekanalında ekspert işləyəcək.

 

Zədəli olduğu üçün komandasına kömək edə bilməyən 34 yaşlı yarımmüdafiəçi klubunun oyununu televiziya vasitəsi ilə şərh edəcək.

 

Qeyd edək ki, Cerrard ötən mövsüm Çempionlar Liqasının final matçında “Real” – “Atletiko” qarşılaşmasını və eyni mövsümdə “Tottenhem” - “Liverpul” görüşünü televiziya vasitəsi ilə azarkeşlərə çatdırıb.