Suares “Qızıl top” həvəsində deyil
18.11.2015 - 18:51
Suares “Qızıl top” həvəsində deyil

“Qızıl top” namizəd 3 futbolçunun sırasında yer almağı düşünmürəm. Bu heç vaxt mənim hədəfim olmayıb”. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri “Barselona”nın hücumçusu Luis Suares deyib.

 

Uruqvaylı futbolçu dünyanın ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatını qazanmağa iddia etmir.

 

O bildirib ki, heç vaxt bu haqda düşünməyib: “UEFA-nın versiyasına əsasən, dünyanın ən yaxşı futbolçusu olmağa 3 namizədin sırasında qərarlaşmağım məni təəccübləndirdi. Təbii ki, bu, fəxrdi. Amma etiraf edim ki, beynimdə “Qızıl top”u qazanmaq fikri heç vaxt olmayıb”.