Suares: Komandama kömək etməyə hazıram
17.06.2014 - 20:28
Suares: Komandama kömək etməyə hazıram

 

Uruqvay millisinin hücumçusu Luis Suares meydana çıxmağa hazır olduğunu bildirib. Apasport.az saytının məlumatına görə, Uruqvay millisi start oyununda gözlənilmədən Kosta-Rikaya 3:1 hesabı ilə məğlub olub. Suares zədə səbəbindən həmin oyunda iştirak etməyib.

 

İndi isə o, İngiltərəyə qarşı oyunda Uruqvay millisinə kömək etməyə hazır olduğunu bəyan edib: “Oynayacağımı dəqiq bilmirəm. Amma 100 faiz meydana çıxmağa hazıram. Mən komanda yoldaşlarıma kömək etmək istəyirəm”.

 

Uruqvay yığmasının baş məşqçisi Oskar Tabares isə hücumçunun İngiltərəyə qarşı forma geymək şansının olduğunu vurğulayıb: “Hələlik ancaq bunu deyə bilərəm”.