Suares İngiltərənin ən yaxşı oyunçusudur
28.04.2014 - 20:11
Suares İngiltərənin ən yaxşı oyunçusudur

 

“Liverpul”un hücumçusu Luis Suares İngiltərə Professional Futbol Assosiasiyasının (PFA) versiyasına uyğun olaraq 2013/2014-cü illər mövsümünün ən yaxşı oyunçusu sayılıb. Apasport.az saytının məlumatına görə, bu barədə assosiasiyanın saytında informasiya yerləşdirilib.

 

Səsvermənin nəticəsinə uyğun olaraq, uruqvaylı hücumçu “Çelsi”nin yarımmüdafiəçisi Eden Azar, “Mançester Siti”nin havbeki Yaya Ture, “Liverpul”un oyunçuları Daniel Starric və Stiven Cerardı, eləcə də “Sauthempton”un yarımmüdafiəçisi Adam Lallanı qabaqlayıb.

 

İngiltərənin ən gənc futbolçusu adına Eden Azar layiq görülüb. O, 33 oyunda 14 qol vurub, 9 məhsuldar ötürmə edib.

 

Azar, Ture, Suares, Cerrad, Starric və Lallana mövsümün nəticələrinə uyğun olaraq simvolik yığmaya da daxil olublar. Onlardan əlavə simvolik yığmaya “Çelsi”nin oyunçuları Petr Çex və Harri Kexill, “Mançester Siti”nin müdafiəçisi Vensan Kompani, “Everton”un futbolçusu Şeymus Koulmen və “Sauthempton”un oyunçusu Lük Şou daxildir.

 

Suares bu mövsüm İngiltərə çempionatında 31 oyun keçirib, 30 qol vurub və 17 məhsuldar ötürmə edib.