Suares məhkəməyə gedir
12.07.2014 - 05:25
Suares məhkəməyə gedir

 

,

Luis Suares FİFA-nın çıxardığı qərarla barışmaq niyyətində deyil. Apasport.az saytının məlumatına görə, onun nümayəndələri Lozannadakı Ali İdman Məhkəməsinə müraciət etmək niyyətindədirlər.

 

Suaresin vəkili Alexandro Balbi vəziyyəti dəyişməyin mümkünlüyünə inandıqlarını bildirib: “Biz FİFA-nın qadağaları yumşaltmaqla bağlı qərar çıxarmamasından təəccüblənmişik. Buna görə də, Lozannaya müraciət etmək fikrindəyik. Bundan əvvəl cəzanın yüngülləşdirilməsi ilə bağlı presedentlər olub. Buna görə də, Luisin cəzasının da yüngülləşdiriləcəyinə ümid edirik. Biz onun həyatını yüngülləşdirmək üçün hər şeyi edirik”.

 

Xatırladaq ki, FİFA-nın apelyasiya komitəsi futbolçunun cəzasının yüngülləşdirilməsi ilə bağlı müraciəti rədd edib.