Suares tarixə düşdü
17.12.2015 - 17:11
Suares tarixə düşdü

“Barselona”nın hücumçusu Luis Suares tarixə düşüb. Apasport.az saytı xəbər verir ki, 28 yaşlı forvard klublararası dünya çempionatları tarixində het-trik edən ilk futbolçu olub.

 

Belə ki, yarımfinalda “Quançjou” ilə qarşılaşan “Barselona” rəqibinə 3:0 hesabı ilə qalib gəlib. Kataloniya klubunun hər 3 qoluna Suares imza atıb.

 

Bu, 2000-ci ildən keçirilən turnirin tarixi ərzində ilk het-trik kimi qeydə alınıb.

 

Qeyd edək ki, finala adlayan “Barselona” həlledici görüşdə “River Pleyt”lə qarşılaşacaq.