Suares Uruqvay-İngiltərə matçının ən yaxşısıdır
20.06.2014 - 01:27
Uruqvay millisinin hücumçusu Luis Suares Uruqvay-İngiltərə matçının ən yaxşısı hesab edilib. Apasport.az saytının məlumatına görə, bununla bağlı FİFA-nın rəsmi saytında xəbər verilib.
Suares 88 dəqiqə meydanda olub və komandanın hər iki qoluna imza atıb. Qeyd edək ki, oyun 2:1 hesabı ilə Uruqvay millisinin xeyrinə başa çatıb.
0
0