Türkiyə çempionatının I liqasında XXXV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, aşağı dəstədə çıxış edən Azərbaycan yığmasının 3 sabiq üzvündən yalnız biri meydana çıxıb.
“Orduspor”un şərəfini qoruyan Branimir Subaşiç “Samsunspor”la ev oyununda 90 dəqiqə meydanda olub. Ordu təmsilçisi qolsuz heç-heçə ilə 2 xal itirsə də, 2-ci pillədəki mövqeyini qoruyub. Finişə 3 tur qalmış Subaşiçin komandasının hesabında 33 oyundan sonra 65 xal var.
Öz meydanında “Dənizlispor”a 1:4 hesabı ilə uduzan “Fəthiyəspor”un qapıçısı Davud Kəriminın adı “18-liy”ə daxil edilsə də, qolkiper meydana çıxmayıb. “Qaziantep BŞB”da çıxış edən Ufuk Budakın adı isə matçın protokoluna daxil edilməyib. Onun komandası “Kahramanmaraşspor”a 0:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Ufukun komandası 38 xalla 13-cü, Davudun klubu isə 32 xalla 17-ci yerdə qərarlaşıb.