"Trabzonspor"un baş məşqçisi istefa verdi
11.11.2015 - 19:41
“Trabzonspor” baş məşqçi Şota Arveladze ilə yollarını ayırıb. Apasport.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı açıqlama yayıb.
Mövsümün əvvəlində komandanın sükanı arxasına gətirilən gürcü mütəxəssislə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib. Buna səbəb “bordo-mavilər”in bumövsümkü zəif çıxışıdı.
Geridə qalan 11 tur ərzində 14 xal toplayan “qaradənizlilər” 12-ci sırada qərarlaşıb.
Maraqlıdı ki, bu istefa klub prezidenti İbrahim Hacıosmanoğlunun rəhbərlik etdiyi dövrdə artıq 5-ci belə haldı.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0