Sxadadzedən alqışalayiq hərəkət
08.05.2014 - 10:08
Sxadadzedən alqışalayiq hərəkət

Topaz Premyer Liqasının XXXIV turunun “Qarabağ” - “İnter” (4:1) görüşündən sonra təqdirəlayiq hal baş verib. Apasport.az saytının stadionda olan əməkdaşının xəbərinə görə, qarşılaşma başa çatdıqdan sonra Bakı təmsilçisinin baş məşqçisi Kaxaber Sxadadze “Qarabağ”ın paltardəyişmə otağına baş çəkib.

O, Ağdam təmsilçisinin çalışdırıcısı Qurban Qurbanovla görüşüb. Gürcüstanlı məşqçi onu 2 tur öncədən çempionluğu rəsmiləşdirməsi münasibəti ilə ürəkdən təbrik edib.