“Belә oyunlarda fikir bildirmәk çәtindi”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tәrlan Әhmәdov deyib.
O, bu gün Topaz Premyer Liqasının XI turunda səfərdə “Neftçi”yə 4:0 hesabı ilə uduzmalarına şərh verib: “Futbolçulardan belә zәif oyun gozlәmirdim. Bәlkә dә gah sunidә, gah da tәbii otda oynamaq tәsir edir. “Simurq”la tamam başqa oyun gostәrdik. Bәlkә dә futbolçular “Simurq”la matçda son dәqiqә buraxılan qolun şokundan ayılmayıblar. 3-4 aya komanda qurmaq çәtindi. Problemlәrimiz hәddәn artıq çoxdur. Qarşıdaki 20 günlük fasilәdә problemləri hәll etmәyә çalışacağıq. Stabil oyun gostәrә bilmirik. İstәnilәn mәğlubiyyәt üzücüdü. Amma 4:0 çox üzücüdü”.