Tahir Gözəl “Qarabağ”ın çempion olduğu oyuna niyə gəlməyib?
08.05.2014 - 16:39
Tahir Gözəl “Qarabağ”ın çempion olduğu oyuna niyə gəlməyib?

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəlin Topaz Premyer Liqasının XXXIV turu çərçivəsində baş tutmuş “İnter”lə görüşə gəlməməyinin səbəbi məlum olub. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, vitse-prezident çox yaxın qohumunun ağır yol qəzasına düşməsinə görə ölkəmizi tərk etmək məcburiyyətində qalıb.

 

Bununla belə, Tahir bəy oyun başa çatar-çatmaz “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova zəng vurub.  Gözəl ona 1 milyondan çox camiəsi olan komandanın illərdir ki, bu uğuru gözlədiyini ifadə edib. Baş məşqçinin timsalında bütün komandanı təbrik edən Gözəl “Qarabağ”ın camiənin təsəllisi, qürur mənbəyi olduğunu bildirib və bu çempionluğu möhtəşəm olay kimi dəyərləndirib. O, “Qarabağ” adını ən dolğun şəkildə, layiqli və qürurla avrokuboklarda təmsil etməyin gərəkliyini vurğulayıb.