Tahir Gözəl Maltada qeyd olunan hesabın sürüşkən olduğunu bildirdi
18.07.2014 - 10:26
Tahir Gözəl Maltada qeyd olunan hesabın sürüşkən olduğunu bildirdi

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl ənənəsinə yenə sadiq qalıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının II təsnifat mərhələsində səfərdə Maltanın “Valletta” klubu ilə qarşılaşan Ağdam təmsilçisi görüşdən 1:0 qalib ayrılıb.

 

Bakıya dönər-dönməz “Qarabağ” ilk məşqinə çıxıb. İlk məşqdəcə Tahir bəy komandanı ziyarət edib. Vitse-prezident ilk oyundakı qələbə münasibəti ilə futbolçuları təbrik edib. Qələbənin vacib olduğunu vurğulayan Gözəl  hələ heç nəyin bitmədiyini vurğulayıb. O, 1:0 hesabının sürüşkən olduğunu bildirsə də, komandaya inandığını və sona qədər dəstəklədiyini bildirib. Komandanın növbəti tura çıxacağına əminliyini ifadə edən Tahir bəy futbolçulara inamını bir daha nümayiş etdirib.

 

Qeyd edək ki, “Qarabağ” ilə “Valletta” arasında cavab oyunu iyulun 22-də baş tutacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:30-da başlayacaq.