Tahir Süleymanov: Azərbaycana belə legionerlər lazımdı
23.06.2014 - 14:10
Avropa Liqasına hazırlığı davam etdirən “Neftçi” paraqvaylı yarımmüdafiəçi Erik Ramosla 2 illik müqavilə imzalayıb. Bu barədə apasport.az-a klubun vitse-prezidenti Tahir Süleymanov məlumat verib.
O, 27 yaşlı futbolçunun bundan sonra daha 2 il “Neftçi”nin şərəfini qoruyacağını bildirib: “Erik Ramosa təşəkkür edirik. O, “Neftçi” üçün fədakarlıq elədi. Müqavilə ilə məxsus olduğu “Rubio”dan ayrılıb komandamız qayıtdı. Azərbaycana belə legionerlər lazımdır. Pula görə gələnlər yox”.
0
0