Tahir Süleymanovun istefası kubokun finalından sonraya qaldı
28.04.2014 - 18:05
Bu gün “Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə klubdaxili iclas keçirilib. Apasport.az saytının məlumatına görə, toplantıda əsas müzakirə mövzusu klubun vitse-prezidenti Tahir Süleymanovun istefası olub.
Aparılan ətraflı müzakirələrdən sonra mövsümün sonu olduğu nəzərə alınaraq, Tahir Süleymanovun israrına rəğmən qeyd olunan müraciətə ölkə kubokunun final oyunundan sonra yenidən baxılmasına qərar verilib. Bu müddət ərzində Süleymanovun klubun vitse-prezidenti vəzifəsindəki fəaliyyətini davam etdirməsi məqsədəuyğun sayılıb.
Qeyd edək ki, mayın 22-də baş tutacaq ölkə kubokunun final görüşündə “Qəbələ” ilə “Neftçi” üz-üzə gələcək.

0
0