Təmsilçimiz liderlə oyuna buraxılmadı
29.03.2014 - 10:01
Türkiyə çempionatının I liqasında XXXII tura start verilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçuların şərəfini qoruduğu 4 komandadan ikisi ilk oyun günündə meydana çıxıb.
Turun açılış matçı olan “Dənizlispor” – “Kahramanmaraşspor” (2:1) qarşılaşmasından sonra Davud Kəriminin sıralarında olduğu “Fəthiyəspor” öz meydanında “İstanbul BB”ni qəbul edib. Təmsilçimizin komandası liderlə oyunda 0:2 hesabı ilə uduzub.
Davud da “Dənizlispor”dakı həmyerlimiz Saşa Yunisoğlunun taleyini yaşayıb. Belə ki, qapıçının da adı oyunun protokoluna daxil edilməyib.
Qeyd edək ki, hesabında 31 xal olan “Fəthiyəspor” 14-cü pillədə qərarlaşıb.

0
0