AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov “Simurq”la oyunu şərh edib. Apasport.az saytının məlumatına görə, Əhmədov rəqibi yüksək səviyyəli komanda adlandırıb: “Zəif cəhətləri olmayan rəqibdir. Bura qələbə üçün gəlmişdik. Rəqib istədiyimiz oyunu göstərməyə imkan vermədi. Çempionatda elə bir iddiamız qalmayıb, komanda yavaş-yavaş özünə gəlir, hələ də çatışmazlıqlarımız var. Həm qol vura bilmirik, həm də oyunçu baxımdan sıxıntımız var. 4 futbolçumuz zədə səbəbindən artıq mövsümü bitirib. Komanda getdikcə öz oyununu tapır, xallar qazanır. Qarşıdakı oyunlarda da qələbə qazanmağa çalışacağıq. Artıq bu oyunu unutmuşuq, növbəti turda bizi “Neftçi” ilə oyun gözləyir”.
Tərlan Əhmədov "Simurq"un zəif cəhətini görmədi
02.05.2014 - 20:25
0
0