Tərlan Əhmədov: Çətin psixoloji durumdayıq
28.03.2014 - 17:37
“Komanda ikinci dövrədə ümumilikdə iki xal toplayıb. Çətin psixoloji durumdayıq, bundan çıxmaq lazımdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov deyib.
Topaz Premyer Liqasının XXVIII turunun açılış oyununda “Sumqayıt”ın qonağı olan AZAL 1:2 hesabı ilə uduzdu. Yeni komandası ilə çıxdığı 2 matçda da yenilgi ilə üzləşən Əhmədov müdafiəçilərdən şikayətlənib: “Bir neçə futbolçuda istək hiss olunur, amma çoxu istəksiz oynayır. Bunun səbəbini araşdıracağıq. Komanda artıq uduzmağa alışır, əcnəbi futbolçular əvvəlki futbolu oynamırlar. İstək olmasa, rəqabətdə irəli gedə bilmərik. Görünür ki, bəzi futbolçular bu rəqabətə hazır deyil. Müdafiədən bu cür səhvləri gözləmirdim. Belə getsə, mövsümün sonunda futbolçuların çoxundan imtina olunacaq”.

0
0