Tərlan Əhmədov: Lider futbolçumuz yoxdur
12.04.2014 - 17:11
Tərlan Əhmədov: Lider futbolçumuz yoxdur

“Bilirdik ki, ağır oyun olacaq. Rəqib həm Premyer Liqada, həm də kubokda mübarizə aparır”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov deyib.

Gənc mütəxəssis Topaz Premyer Liqasının XXX turunun “Qəbələ” ilə səfər oyunundan (0:0) sonra komandadakı problemi açıqlayıb: “Oyunumuzu dəyişən, lider futbolçumuz yoxdur. Gənc oyunçularımız azdır, Cavid Tağıyevin də oynamaması bizə müəyyən problemlər yaratdı. Komandanın qarşısına uduzmamaq tapşırığı qoyulmuşdu. Son 20 dəqiqədə üstünlüyü rəqibə verdik. Komanda meydanda mübarizə apardı, futbolçular bir-birinə kömək elədilər, bun görə təşəkkürümü bildirirəm. Çox ağır yükün altına girmişik, bizim üçün mübarizə indi başlayır. Öz imicimiz üçün oynamalıyıq. Heyətlə bağlı çatışmazlıqlarımız var. Qol imkanlarından soyuqqanlıqla istifadə edə bilmirik. Bunların üzərində işləyirik, çalışacağıq ki, qalan 6 turda qələbə qazanaq. Rəqibin oyununu və heyətini təhlil etmişdik. İqbekoyinin sürətini və rəqibin müdafiədəki boşluqlarını nəzərə alıb onu hücumda oynatdıq”.

Mənbə: pfl.az