“Sumqayıta 3 xal üçün gəlmişdik. Amma 1 xal qazandıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.
Təcrübəli mütəxəssis Topaz Premyer Liqasında XXII turu çərçivəsində səfərdə “Sumqayıt”la qolsuz bərabərə qalmalarından danışıb: “Bundan öncəki 3 oyunda yaxşı mübarizə aparmışdıq. Bu gün qalib gəlməli olduğumuz oyunda 1 xalla kifayətləndik. Etiraf edim ki, mübariz komandaya qarşı oynadıq. “Sumqayıt”la qış fasiləsi zamanı yoldaşlıq görüşləri keçirmişdik. Bu mənada oyunçularım bir az arxayın idilər. Matç başa çatdıqdan sonra futbolçularla söhbət etdim. Dedim ki, bu matçı unudub, “İnter”lə oyuna hazırlaşmalıyıq. Edu zədəlidir, Nicat Qurbanov da sıradan çıxdı. Əgər Nicat olsaydı, meydançaya başqa heyət buraxacaqdım”. (pfl)