AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının XXXII turu çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyunu şərh edib. Apasport.az saytının məlumatına görə, baş məşqçi hər iki komandanın qalib gəlməyə çalışdığını bildirib: “Son iki dövrədə komanda qələbə qazana bilməyib. Yalnız iki səfər oyununda heç-heçə etmişik. Bugünkü oyunda 3 xalı qazanmaq istəyirdik. İlk hissədə futbolçularda həyəcan hiss olunurdu. İkinci hissədə isə komanda istədiyimiz kimi oynadı. Hər iki komandanın qol imkanları oldu. Lakin təcrübəsizlikdən, və ya çox istəkli olmaqdan qol vura bilmədik. Qarşıda “Simurq”la oyunumuz var. Zədəli və cəzalı futbolçular qarşıdakı oyuna kimi sıraya dönəcəklər. Laşa Kasradze bir hissəni zədəli şəkildə oynadı. Komanda əlindən gələni etdi. Oyunumuz bizi bir az düşündürür”.
Tərlan Əhmədov: Oyunumuz bizi düşündürür
27.04.2014 - 19:27
0
0