Timur 90 dəqiqə oynadı, komandası üzüldü
14.09.2014 - 20:07
Timur 90 dəqiqə oynadı, komandası üzüldü

Türkiyə PTT I Liqasında II turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın sabiq futbolçusu Timur Temeltaşın formasını geyindiyi "Altınordu"  növbəti matçını keçirib.

 

Təmsilçimizin komandasının rəqibi “Osmanlıspor" olub. "Altınordu"  dogma meydanda 0:1 hesabı ilə uduzub.

 

Temeltaş meydana ilk “11-lik”də daxil olub və 90 dəqiqə mübarizə aparıb.

 

Qeyd edək ki, "Altınordu" 2 oyundan yalnız 1 xal toplayıb.