[b]Tito Vilanovanın ölümü Bakıda yad ediləcək[/b]
26.04.2014 - 15:21
[b]Tito Vilanovanın ölümü Bakıda yad ediləcək[/b]

İspaniyanın “Barselona” futbol klubunun sabiq baş məşqçisi Tito Vilanovanın vəfatı ilə əlaqədar bu gün Sərhədçi İdman Olimpiya Mərkəzində 1 dəqiqəlik sükut elan olunacaq. Apasport.az saytının məlumatına görə, bu, saat 21:30-da başlayacaq Moskva “Dinamo”su və “Barselona” arasında keçiriləcək futzal üzrə UEFA kubokunun final oyunundan əvvəl ediləcək.

Qeyd edək ki, 2012/13 mövsümündə “Barselona”nın baş məşqçisi işləmiş Tito Vilanova 45 yaşında boğazındakı xərçəng xəstəliyindən vəfat edib. O, aprelin 25-də Barselonadakı xəstəxanalardan birində dünyasını dəyişib.