Todorov Bakıya gəlir
21.07.2014 - 09:27
Todorov Bakıya gəlir

Avropa Liqasının II təsnifat mərhələsinin “İnter” – “Elfsborq” (İsveç)  qarşılaşmasının hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, iyulun 24-də baş tutacaq oyunu Bolqarıstandan olan ədalət təmsilçiləri idarə edəcək.

 

“Şəfa”dakı görüşdə Stanislav Todorov fit çalacaq. Ona həmyerliləri kömək edəcək.

 

Avropa Liqası

II təsnifat mərhələsi

24 iyul

21:00. "İnter" - "Elfsborq" (İsveç)

Baş hakim: Stanislav Todorov

Baş hakimin köməkçiləri: İvo Kolev, Martin Venev

Dördüncü hakim: Nikolay Yordanov (hamısı Bolqarıstan)

UEFA nümayəndəsi: Krouford Uilson (Şimali İrlandiya)

Hakim-inspektor: Qudmunder İnqi Yonsson (İslandiya)

Bakı. "Şəfa" stadionu