Almaniya yığmasının hücumçusu Tomas Müller dünya çempionatının ən məhsuldar bombardirinə verilən “Qızıl butsı” barəsində düşünməyin həddən artıq tez olduğunu bildirib. Apasport.az saytının məlumatına görə, Müller Portuqaliya ilə oyunda 3 qol vuraraq bombardirlər siyahısına başçılıq edir.
Almaniyalı hücumçu obyektiv olmaq lazım olduğunu vurğulayıb: “Cəmi bir oyun oynanılıb. Biz sadəcə dünya çempionu olmaq istəyirik. Əgər bunu etsək, rekordların heç bir əhəmiyyəti olmayacaq. Dünya çempionatlarında hər gün het-tirik olmur. Amma mənim Dünya Kubokunda bəzi təcrübəm var. Bunu növbəti oyunda təkrarlayacağıma söz vermirəm. Amma buna çalışacağam”.