Tomas Müller Almaniya-Portuqaliya oyununun ən yaxşısıdır
16.06.2014 - 22:52
Tomas Müller Almaniya-Portuqaliya oyununun ən yaxşısıdır

Almaniya və Portuqaliya yığmaları arasında keçirilən oyunun ən yaxşısı müəyyən edilib. Apasport.az saytının məlumatına görə, FİFA Tomas Mülleri matçın ən yaxşı oyunçusu sayıb.

 

“Bavariya”nın hücumçusu 82 dəqiqə meydanda olub və 2014-cü il dünya çempionatının ilk het-trikini rəsmiləşdirib. Bu oyunda Almaniya yığması 4:0 hesabı ilə qələbə qazanıb.